• Bakı C

    5.1 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1527

Əli Əsədov Kosta Rikanın Birinci vitse-prezidenti ilə görüşdü

SİYASƏT

11 Mart 2026 | 17:35

Əli Əsədov Kosta Rikanın Birinci vitse-prezidenti ilə görüşdü

Baş nazir Əli Əsədov ölkəmizdə səfərdə olan Kosta Rika Respublikasının Birinci vitse-prezidenti Fransisko Qamboa ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı F.Qamboanın 13-cü Qlobal Bakı Forumunda iştirakının əhəmiyyəti vurğulanıb.

Dünyada artan gərginlik və mürəkkəb geosiyasi proseslər fonunda Forumun dialoqun təşviqi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma rolunu oynadığı bildirilib.

Görüşdə Azərbaycan-Kosta Rika əlaqələrinin iqtisadi, investisiya, yaşıl enerji, humanitar və digər sahələrdə inkişaf perspektivləri müzakirə olunub.

BMT-nin Ticarət və İnkişaf Konfransının Baş katibi Rebeka Qrinspan görüşdə iştirak edib.


SON XƏBƏRLƏR