• Bakı C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

Müharibələr dövründə fərqli yol: Azərbaycanın uğurlu strategiyası

SİYASƏT

10 Aprel 2026 | 17:31

Müharibələr dövründə fərqli yol: Azərbaycanın uğurlu strategiyası

“Dünyada müharibələrin və dövlətlərarası ziddiyyətlərin artdığı bir dövrdə bəşəriyyət ciddi çağırışlarla üz-üzədir. Rusiya-Ukrayna müharibəsi və ABŞ, İsrail-İran arasında davam etməkdə olan qarşıdurma diqqət mərkəzindədir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, bu fonda Azərbaycanda sabitlik, cəmiyyətin bütün təbəqələri və sosial qrupları tərəfindən qəbul edilən vahid ideoloji baxış bucağı, xarici və daxili siyasətlə bağlı dövlət və vətəndaşlar arasındakı birlik xüsusi qeyd edilməlidir.

Müsahibimiz qeyd edib ki, dünyanın böyük dövlətlərinin apardıqları müharibələrdən fərqli olaraq, Azərbaycan dövləti cəmi 44 günlük müharibə ərzində işğala son qoydu, müharibəni başa çatdırdı:

“İki yüzə ilə yaxın müddətdə davam edən “erməni məsələsi”, Ermənistanın və onu dəstəkləyən qüvvələrin bölgədə apardıqları siyasət uzun illər ərzində planlaşdırılıb və məqsədyönlü şəkildə həyata keçirilib. Nəticə etibarilə, bu mürəkkəb və çoxşaxəli proseslərin sonunda əldə olunan qələbə sistemli və düşünülmüş siyasətin nəticəsi kimi qiymətləndirilə bilər. Azərbaycan Prezidenti İlham Əliyevin bu illər ərzində atdığı addımlar bütövlükdə dövlətin təhlükəzliyi, suverenliyi və inkişafı modelini təşkil edir”.

Analitik əlavə edib ki, Azərbaycan dövləti məğlub olmuş tərəfin də yeni reallıqları təkcə hərbi meydanda deyil, siyasi səhnədə də qəbul etməsi üçün əməli addımlar atdı:

“Bunu dünya birliyi, o cümlədən ABŞ tərəfi də dəfələrlə bəyan edib”.

Zaur Məmmədov: Azərbaycan Ermənistanın yeni reallıqları siyasi səhnədə də qəbul etməsi üçün addımlar atdı

Poliyoloq 2025-ci ilin payızında ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq məsələləri üzrə xüsusi elçisi Stiven Uitkoffun Mayamidə keçirilən Amerika Biznes Forumunda çıxışı zamanı Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə toxunaraq “Prezident Tramp Oval kabinetdə Azərbaycan lideri İlham Əliyevdən üstün ordusu olduğu halda niyə münaqişəni davam etdirmədiyini soruşdu... İlham Əliyev cavab verdi ki, məqsədi yalnız işğaldakı əraziləri geri qaytarmaq olub. Artığı yox” sözlərini xatırladır:

“ Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu addımları uzaqgörən xarici siyasətin nəticəsi idi”.

“Beləliklə, uzun illər ərzində formalaşmış mürəkkəb geosiyasi vəziyyətə qarşı yalnız sistemli, ardıcıl və strateji yanaşma ilə nəticə əldə etmək mümkün olub” deyən Zaur Məmmədov bildirib ki, bu kontekstdə əldə olunan nəticələr təsadüfi deyil, əksinə, düşünülmüş və mərhələli şəkildə həyata keçirilən siyasətin məntiqi yekunu kimi çıxış edir.

Aydın Baxış


SON XƏBƏRLƏR