Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Zəngilan şəhərində inşa edilmiş 104 mənzilli birinci yaşayış kompleksinin açılışında iştirak edib, buraya köçən ailələrlə görüşüb, çıxış edib və sakinlərə mənzillərin açarlarını təqdim edib.
Bakıvaxtı.az-ın məlumatına görə, açarların təqdimolunma mərasimindən sonra dövlət başçısı və sakinlər arasında maraqlı dialoq olub.
Həmin söhbəti təqdim edirik:
Prezident İlham Əliyev: Orada hələ xəstəxana yoxdur, moduldur, orada işləyəcəksiniz?
Sakin: Bəli, modul tipli xəstəxana var, orada işləyirik. Üç ildir fəaliyyət göstəririk.
Prezident İlham Əliyev: Orada işləyirsiniz, çox yaxşı.
Sakin: Olar ikimiz də şəkil çəkdirək?
Prezident İlham Əliyev: Siz də həkimsiniz?
Sakin: Müəlliməm.
Prezident İlham Əliyev: Oxşayırsınız, bacısınız?
Sakin: Xeyr.
Bakı 




