• Bakı 23° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Hakan Fidan Ermənistanla münasibətlərin normallaşmasından DANIŞDI

SİYASƏT

08 Iyun 2026 | 19:06 | Müəllif: Subhan Mahmudov

Hakan Fidan Ermənistanla münasibətlərin normallaşmasından DANIŞDI

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan bildirib ki, son dörd il ərzində Ankara ilə Yerevan arasında münasibətlərin normallaşdırılması prosesində əhəmiyyətli irəliləyiş əldə olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, İstanbulda Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin onuncu üçtərəfli görüşünün yekununda danışıb.

“Ermənistanla münasibətlərin normallaşdırılması prosesi Azərbaycanla sıx koordinasiya şəraitində eyni məntiq üzrə davam edir. Son dörd il ərzində əhəmiyyətli irəliləyiş əldə olunub. Bizim fikrimizcə, Cənubi Qafqaz üçün əsas imkan və məqsəd bundan ibarətdir: sülhün əsasları gücləndikcə nəqliyyat infrastrukturunun inkişafı layihələri daha da mühüm nəticələr verəcək. Nəqliyyat infrastrukturu gücləndikcə isə sülhün sosial-iqtisadi bazası öz növbəsində da möhkəmlənəcək”, – deyə Fidan bildirib.

O qeyd edib ki, bu konsepsiyanın ən ümidverici təsdiqi Azərbaycan və Ermənistan arasında sülh prosesində özünü büruzə verir. “Tərəflərin iradəsi regionumuz üçün konkret bir imkan yaradıb. Biz Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyirik və sülh sazişinin təxirə salınmadan imzalanacağına ümid edirik. Eyni zamanda Azərbaycanın qanuni narahatlıqlarının nəzərə alınacağına və sülh sazişinin gecikmədən imzalanacağına ümidvarıq”, – deyə o vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026