• Bakı 24° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.3044

HP rəhbəri müdafiə olunan xərclərlə bağlı tövsiyələr verib

SİYASƏT

09 Iyun 2026 | 12:39

HP rəhbəri müdafiə olunan xərclərlə bağlı tövsiyələr verib

Hesablama Palatasının apardığı təhlillər son illər fiskal qanunvericilikdə edilən dəyişikliklər şəraitində müdafiə olunan xərclərin komponentləri ilə bağlı qanunvericiliyə yenidən baxılmasını və bu xərclərin tərkib elementlərinin dəqiqləşməsini zəruri hesab edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Məsələn, əvvəlki illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ayırmalar bu xərclərin tərkibi kimi çıxış edirdisə, sonradan vahid büdcə təsnifatında dəyişiklik fonunda mahiyyətcə sosial ödəniş olan bu xərclər aidiyyəti istiqamətdə nəzərə alınmır. Bu isə bildirdiyim kimi, müdafiə olunan xərclərin tərkibinin dəqiqləşməsinin vacibliyini göstərir. Apardığımız təhlillər, dövlət büdcəsinin layihəsi və illik hesabatın göstəricilərinin bəzi hallarda müqayisəliliyin təmin edilməsinin mümkün olmadığını göstərir. Belə ki, büdcə-vergi siyasətinin əsas istiqamətləri, fiskal risklər, xalis maliyyə aktivləri barədə məlumatlar büdcə layihəsi ilə bağlı sənədləşməyə daxil edilsə də, icra barədə hesabatda öz əksini tapmır", - o vurğulayıb.

Sədrin sözlərinə görə, Hesablama Palatası beynəlxalq qiymətləndirmənin tələblərini nəzərə alaraq, müvafiq məlumatların da illik hesabat daxil edilməsini təklif edir: "Palata rəydə qeyd edilmiş məqamlar nəzərə alınmaqla, dövlət büdcəsinin icrası haqqında qanun layihəsinə və illik hesabatın plenar iclasda baxılmasını tövsiyə edir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Iyun 2026