• Bakı 24° C

    10.53 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1954

Trampın Ərdoğana olan münasibəti Netanyahunu qıcıqlandırır - AÇIQLAMA

SİYASƏT

08 Iyul 2026 | 16:09

Trampın Ərdoğana olan münasibəti Netanyahunu qıcıqlandırır - AÇIQLAMA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində iştirak etmək üçün Ankaraya səfər edən ABŞ prezidenti Donald Trampa xüsusi qarşılanma mərasimi təşkil edib. Ankaradakı Beştəpə Kompleksində keçirilən rəsmi qarşılanma mərasimindən sonra Ərdoğan ilə Tramp Prezident Sarayında ikitərəfli görüş keçiriblər.

Daha sonra hər iki lider jurnalistlərin qarşısına çıxıb. Tramp deyib ki, Ərdoğan olmasaydı, NATO sammitinə gəlməzdi:

“Biz çox yaxşı dostuq. Ərdoğan əla iş görür. Yollar yenidir, bütün dünyada hörmət qazanırsınız. Münasibətlərimiz çox yaxşıdır, Ərdoğanla kimyamız tutur. Türkiyə hərbi baxımdan da çox güclü ölkədir. Cənab Ərdoğana böyük hörmətim var. Hər iki ölkənin maraqlarına uyğun məsələləri müzakirə edəcəyik. İran məsələsindən də danışacağıq. Türkiyə ilə çoxlu ticarət əlaqələrimiz və uğurlu layihələrimiz var. Sizinlə birlikdə olmaq bizim üçün şərəfdir. Çox gözəl yeməklər yeyəcəyik”.

Tramp Türkiyəyə F-35 qırıcılarının satışı ilə bağlı suala da cavab verib:

“F-35 məsələsi ilə bağlı qərar verməliyik. Bu, bizim qəbul etməli olduğumuz qərardır. Türkiyə ilə çox yaxşı münasibətlərimiz var. F-35-lər möhtəşəmdir. Bu, nəzərdən keçirə biləcəyimiz məsələdir”.

F-35 mövzusuna münasibət bildirən Ərdoğan isə qeyd edib:

“F-35 məsələsi bizim üçün yeni deyil. Biz bunu ABŞ ilə daha əvvəl də müzakirə etmişik. Beş təyyarə ilə bağlı söz almışıq. Cənab Trampın da bu məsələdə ayrıca sözü var. Liderlərlə keçirəcəyimiz görüşdə daha əvvəl verilən vədlərin müsbət nəticəsini görəcəyimizə inanıram. Tramp həmişə sözünün arxasında duran insandır. Zirvədən müsbət qərarın çıxacağını düşünürəm”. ABŞ Prezidenti Türkiyəyə qarşı daha əvvəl tətbiq edilmiş birtərəfli sanksiyaların ləğv ediləcəyini bəyan edib.

Deputat Azər Allahverənov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, hazırda yeni konfiqurasiyanın qurulduğunu görürük. Onun sözlərinə görə, bu geosiyasi konfiqurasiyanın içində ən önəmli amil təhlükəsizlik çətiri məsələsidir:

“ABŞ-nin Türkiyəyə xüsusi jesti təkcə F-35 ilə bağlı məsələ deyil. Onsuz da anqarlarda saxlanılan F-35-lər çoxdan Türkiyəyə verilməliydi. Prezident  Ərdoğan da çıxışında bu məsələni qeyd etdi. Tramp sosial şəbəkəsində bir paylaşım edərək yazmışdı ki, “sanksiya altında dostlar olmur”. Yəni Türkiyə sanskiya altındadır və bu sanksiyalar aradan götürülməlidir. Hətta auditoriyaya da müraciət edərək özüün haqlı olduğunu dedi. Bu artıq ondan xəbər verir ki, ABŞ-nin Türkiyəyə münasibəti tamamilə yeni bir mərhələyə daxil olub. Ümumiyyətlə NATO-nun bu toplantısının məhz Ankarada keçirilməsi çox ciddi siyasi bir mesajdır. Bundan daha önəmlisi odur ki, burada 32 ölkənin rəhbərləri təmsil olunur. Eyni zamanda 45-46 ölkənin baş nazirləri, hökumət başçıları iştirak edirlər. İstənilən halda bu ondan xəbər verir ki, ümumdünya miqyasında, NATO-ya üzv olan ölkələrlə yanaşı, digər müttəfiq ölkələrin də Ankaradakı tədbirə qatıldığını müşahidə etdik”.

Müsahibimiz vurğulayıb ki, Donald Trampın Rəcəb Tayyib Ərdoğana olan münasibəti, Ankarada xüsusi qarşılanması İsrail və bir neçə başqa ölkəni qıcıqlandırır:

“Hamı çox gözəl başa düşür ki, NATO-nun iki əsas hərbi gücə malik olan dövləti var. Onlardan biri ABŞ, digəri Türkiyədir. Bununla bağlı Türkiyəyə əlavə kart-blanşların verilməsi əslində Türkiyənin özünün hərbi sənaye sahəsinin xüsusi inkişaf etdiyi bir dövrdə baş verir”.

Azər Allahverənov: ABŞ-nin Türkiyəyə böyük jest etməsi çox önəmlidir

Deputat qeyd edib ki, ABŞ bölgə ilə bağlı bir nüansı çox düzgün dəyərləndirir. Dediyinə görə, Türkiyə, Misir, Səudiyyə Ərəbistan və Pakistan arasında hazırda hərbi əlaqələr yüksəkdir.

“ABŞ-nin bu konfiqurasiya içində ən güclü bənd olan Türkiyəyə böyük jest etməsi, məhz Ankara üzərindən təhlükəsizlik çətirinin qurulması çox önəmlidir”, - deyə Azər Allahverənov əlavə edib.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR