q
  • Bakı 18° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Niderlandda Ulu Öndərin xatirəsi yad edilib

SİYASƏT

10 May 2026 | 14:45

Niderlandda Ulu Öndərin xatirəsi yad edilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Niderlandın Rotterdam şəhərində tədbir keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat Azərbaycanın Niderlanddakı səfirliyinin "X" sosial şəbəkə hesabında yayılıb.

Bildirilib ki, Azərbaycan Niderlanddakı səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin və Benilüks Azərbaycanlıları Koordinasiya Şurasının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dahi rəhbərin həyatından bəhs edən film nümayiş olunub.

Tədbirdə çıxış edən səfir Məmməd Əhmədzadə Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmləndirilməsi istiqamətində göstərdiyi misilsiz xidmətlərdən bəhs edib. "Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda ictimai-siyasi sabitlik təmin olunub, mühüm iqtisadi islahatlara başlanılıb və milli ordu quruculuğunun əsası qoyulub", - o vurğulayıb və əlavə edib ki, H. Əliyevin müəyyənləşdirdiyi strateji kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkə regional liderə və qüdrətli dövlətə çevrilib.

Sonra Benilüks Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru Elsevər Məmmədov çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan diasporunun təşkilatlanması və həmrəyliyin gücləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətin əhəmiyyətindən danışıb, dahi liderin zəngin dövlətçilik irsinin gələcək nəsillər üçün daim örnək olaraq qalacağını bildirib.

Tədbir Fransada yaşayan azərbaycanlı musiqiçilər - fleyta ifaçısı Ağarəhim Quliyev və pianoçu Eldəniz Ələkbərzadənin birgə yaratdığı "Duo Avey" musiqi qrupunun təqdim etdiyi bədii proqramla davam edib. Ulu Öndərin sevdiyi və ona həsr olunmuş musiqi əsərlərinin səsləndirildiyi proqram iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

 


SON XƏBƏRLƏR

09 May 2026