Dövlətə 456 min 375 manat vergi borcu olan elektrik mühərriklərinin və istehlak malları istehsal edən "Yeni BEMZ” Açıq Səhmdar Cəmiyyəti növbəti dəfə səhmdarlarını toplayır.
Bakıvaxtı.az xəbər verir ki, kapitalı dövlətə məxsus olan şirkətin iclasının gündəliyinə 2025-ci il üzrə maliyyə nəticələrinin müzakirəsi və təsdiq edilməsi və ASC-nin ləğv edilməsi barədə qərarın qəbul olunması daxildir. İclasda Ləğvetmə Komissiyasının yaradılması (sədr və üzvlərinin müəyyən edilməsi) nəzərdə tutulur.
2001-ci ildə yaradılan ASC-nin qanuni təmsilçisi Samir Abbasovdur. Müəssisə 1947-ci ildə istismara verilib. Müstəqillikdən sonra Əmlak Məsələləri Dövlət Komitəsi "Yeni BEMZ" ASC-nin (Yeni Bakı elektromexanika zavodu) səhmlərinin 98,45 faizinin satışına investisiya müsabiqəsi elan edib./teleqraf
Bakı 




