• Bakı C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1527

İranın yeni hədəfləri BƏLLİ OLDU: Amazon, Google, Microsoft...

DÜNYA

12 Mart 2026 | 08:17

İranın yeni hədəfləri BƏLLİ OLDU: Amazon, Google, Microsoft...

İran ordusunun Körfəz bölgəsindəki iqtisadi mərkəzlərə və banklara zərbə endirmək niyyətini açıqlamasından sonra İranın “Tasnim” agentliyi mümkün hədəflərin siyahısını dərc edib.

Bakıvaxtı.az Le Monde nəşrinə istinadən xəbər verir ki, siyahıda Amazon, Google, Microsoft, IBM, Oracle Corporation və Nvidia kimi ABŞ texnologiya şirkətlərinin Yaxın Şərqdə yerləşən obyektləri də yer alıb.

Agentlik yazır ki, regional qarşıdurma infrastruktur müharibəsinə çevrildikcə İran üçün potensial hədəflərin dairəsi genişlənir.

Xatırladaq ki, Amazon ötən həftə Birləşmiş Ərəb Əmirliklərində yerləşən iki mərkəzinin və Bəhreyndəki bir obyektinin İran dron hücumuna məruz qaldığını açıqlamışdı.

Aydın Baxış


SON XƏBƏRLƏR

11 Mart 2026