Şimali Koreya lideri Kim Çen Inın qızı Kim Cu-aenin tapançadan atəş açdığı görüntülər yayılıb.
Bakıvaxtı.az-ın "Le Fiqaro" nəşrinə istinadən verdiyi məlumata görə, bu fotolar yeniyetmənin hakim ailənin mümkün varisi olması ilə bağlı iddiaları gücləndirib.
Dəqiq yaşı açıqlanmayan Kim Cu-ae son dövrlər atası ilə birlikdə bir sıra rəsmi tədbirlərdə görünür. Mütəxəssislər onu ölkədə hakim ailənin gələcək varisi kimi qiymətləndirirlər.
Şimali Koreyanın rəsmi xəbər agentliyinin yaydığı fotolarda Kim Ju-aenin bir gözü bağlı şəkildə tapançadan atəş açdığı, həmçinin atasının yanında sursat zavoduna səfəri zamanı əlində silah tutduğu görünür.

"O, hərbi lider xüsusiyyətlərini inkişaf etdirir"
Agentliyin məlumatına görə, Kim Cu-ae atası Kim Çen In ilə birlikdə yeni tapançalar və digər kiçik silahların istehsal olunduğu böyük silah zavodunda keçirilən tədbirdə iştirak edib.
Yayımlanan görüntülərdə ata və qız dəri gödəkçələrdə müəssisədə istehsal prosesinə baxış keçirir, məmurların fəaliyyətini yoxlayırlar.
Cənubi Koreyada fəaliyyət göstərən universitetlərdən birinin Şimali Koreya üzrə mütəxəssisi Lim Eul-çul bildirib ki, rejim güclü və təsirli qadın obrazı formalaşdırmağa çalışır. Onun sözlərinə görə, Kim Ju-aenin tapançadan atəş açdığı səhnələr gələcəkdə hərbi lider kimi təqdim olunmasına işarədir.
Qeyd edək ki, Kim ailəsi on illərdir Cənubi Koreyanı idarə edir. Kim Ju-ae ilk dəfə 2022-ci ildə atası ilə birlikdə qitələrarası raketin buraxılışı zamanı ictimaiyyət qarşısına çıxmışdı. Bundan əvvəl onun haqqında məlumatı 2013-cü ildə ölkəyə səfər edən keçmiş basketbolçu Dennis Rodman vermişdi.
Aydın Baxış
Bakı 




