Böyük Britaniya Ukraynaya hədəfləri təxminən 500 kilometr məsafədən məhv edə bilən "Nightfall" ballistik raketlərini verməyi planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Deyli Meyl" yazıb.
Məlumata əsasən, raketlər 200 kiloqramlıq döyüş başlıqları ilə təchiz olunub və Moskvaya qədər çata bilir.
Qeyd olunur ki, bundan əvvəl Böyük Britaniya Müdafiə Nazirliyi yerli şirkətlərə 9 milyon funt-sterlinq dəyərində müqavilə çərçivəsində ilk üç sınaq raketinin hazırlanması, istehsalı və təhvil verilməsi ilə bağlı müraciət etmişdi.
Bakı 




