• Bakı C

    11.56 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

İranlı hakim: "Azərbaycan çempionatında təşkilatçılıq çox yüksək səviyyədədir"

İDMAN

11 Yanvar 2026 | 10:24

İranlı hakim: Azərbaycan çempionatında təşkilatçılıq çox yüksək səviyyədədir

Güləş üzrə Azərbaycan çempionatında təşkilatçılıq çox yüksək səviyyədədir.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, bu barədə turnirin görüşlərini idarə edən iranlı hakim Nima Sadeqhi açıqlama verib.

I-S kateqoriyalı referi dəvət üçün Azərbaycan Güləş Federasiyasına təşəkkür edib:

"Burada olmaq və güləş üzrə Azərbaycan çempionatında çalışmaq mənim üçün çox həyəcanvericidir. Çempionat və təşkilatçılıq çox yüksək səviyyədədir. Azərbaycan güləş sahəsində böyük gücə malikdir. Bu ölkə güləşlə tanınır. Azərbaycanın çox sayda dünya və olimpiya çempionları var. Mənim üçün bu təcrübə çox dəyərli oldu".


SON XƏBƏRLƏR

10 Yanvar 2026