• Bakı C

    11.72 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Bir həftə əvvəl yol qəzasında yaralanmışdı - Xəstəxanada öldü

HADİSƏ

11 Yanvar 2026 | 13:17

Bir həftə əvvəl yol qəzasında yaralanmışdı - Xəstəxanada öldü

Bir həftə əvvəl Qobustan rayonunda baş verən yol qəzasında xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, yanvarın 4-də Qobustan rayonu ərazisində qeydə alınan ağır yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan Qax rayon sakini, 27 yaşlı Ağalı Rəfa Rizvan oğlu həkimlərin göstərdikləri səylərə baxmayaraq Bakıda Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə Bakı-Şamaxı-Yevlax tolunun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınmışdı. Belə ki, "Chevrolet" markalı avtomobil idarəetmədən çıxaraq eyni istiqamətdə hərəkətdə olan "Toyota" markalı maşınla toqquşmuşdu. Hadisə nəticəsində "Chevrolet"in sürücüsü 26 yaşlı Rəfa Ağalı xəsarət almışdı.


SON XƏBƏRLƏR

10 Yanvar 2026