Şəmkir rayonunda məktəblinin bıçaqlanmasının təfərrüatı məlum olub.
Bakıvaxtı.az-ın Oxu.Az-a isitnadən məlumatına görə, hadisə dünən axşam saatlarında rayonun Kür qəsəbəsi ərazisində baş verib.
Qəsəbə sakini 2011-ci il təvəllüdlü Sultan Məmmədlinin həyətində saxladığı göyərçin uçub digər qəsəbə sakini, 2009-cu il təvəllüdlü Həsən Abuzərlinin həyətinə düşüb. S.Məmmədli axşam saatlarında H.Abuzərlinin yaşadığı evə gələrək, göyərçinin onların həyətinə düşdüyünü deyib və ondan həmin göyərçini verməsini xahiş edib. H.Abuzərli isə göyərçini qaytarmayıb və nəticədə aralarında dava başlayıb. Hadisə zamanı səsə H.Abuzərlinin qardaşı Orxan da gəlib və o da davaya müdaxilə edib.
Hadisə nəticəsində S.Məmmədli bıçaq xəsarəti, digər iki qardaş isə bədən xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Hər üç məktəbliyə ilkin tibbi yardım göstəriləndən sonra onlar evə buraxılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bakı 




