Kuba 66 ildir ki, ABŞ-ın hücumu altındadır və son damla qanına qədər müstəqilliyini qorumağa hazırdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın bəyanatlarına cavab olaraq respublika prezidenti Migel Dias-Kanel deyib.
"Kuba azad, müstəqil və suveren ölkədir. Heç kim bizə nə edəcəyimizi diktə etmir. Kuba hücum etmir, 66 ildir ona hücum edən ABŞ-dır, Kuba təhdid etmir, son damla qanına qədər özünü müdafiə etməyə hazırlaşır və hazırdır",- o bildirib.
Kanel qeyd edib ki, ABŞ-ın Kubanı nəyəsə görə günahlandırmağa mənəvi haqqı yoxdur, çünki hər şeyi, o cümlədən insan həyatını biznesə çevirən Amerika hakimiyyətidir:
"Yaşadığımız ağır iqtisadi çətinliklərə görə inqilabı günahlandıranlar utanmalıdırlar, çünki onlar bilirlər və etiraf edirlər ki, bu, ABŞ-ın 60 ildən çoxdur bizə qarşı həyata keçirdiyi və indi sərtləşdirməklə hədələdiyi sərt boğulma tədbirlərinin nəticəsidir".
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Kuba bundan sonra Venesueladan neft və pul almayacaq. O, Havananı Karakasa təhlükəsizlik xidmətləri göstərməkdə ittiham edib.
Bakı 




