ABŞ prezidenti Donald Trampın tənqidindən sonra "Time" jurnalı noyabr sayının üz qabığını dəyişib.
Bakıvaxtı.az xəbər verir ki, Tramp jurnalın ilkin üz qabığında aşağıdan çəkilən şəklindən narazı qaldığı üçün onun başqa foto ilə əvəz olunmasını istəmişdi.
Yeni versiyada Tramp prezident masasının arxasında əks olunub.
Jurnal qeyd edib ki, Tramp indiyə qədər 40-dan çox "Time"ın üz qabığında yer alıb. Bu göstəriciyə görə o, yalnız Ronald Reyqan və Riçard Niksondan geri qalır.
Bakı 


