İsrailin müdafiə naziri İsrael Kats 2023-cü il oktyabrın 7-də baş verən hücumdan bəri ilk dəfə ölkənin cənubundakı xüsusi rejimin ləğv edildiyini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Al Arabia" nəşri məlumat yayıb.
Xüsusi rejim 2023-cü il oktyabrın 7-də bütün ölkə üzrə tətbiq edilib, lakin sonradan yalnız cənubda qüvvədə qalıb. Sərəncamın qüvvədəolma müddəti sabah başa çatacaq və iki ildən çox müddətdən sonra İsraildə artıq xüsusi rejim qüvvədə olmayacaq.
"Mən İsrail Müdafiə Qüvvələrinin tövsiyəsini qəbul etmək və oktyabrın 7-dən bəri ilk dəfə daxili cəbhədə xüsusi rejimi ləğv etmək qərarına gəldim", - i.Kats bildirib.
Bakı 


