• Bakı 17° C

    8.04 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.1317

Yaponiya ayı hücumları ilə mübarizə üçün ordudan istifadə edə bilər

DÜNYA

27 Oktyabr 2025 | 22:35

Yaponiya ayı hücumları ilə mübarizə üçün ordudan istifadə edə bilər

Yaponiya hökuməti ayı hücumları ilə mübarizə aparmaq üçün silahlı qüvvələrin yerləşdirilməsi imkanlarını araşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kyodo xəbər agentliyinin məlumat yayıb.

Məlumata görə, 2025-ci ildə insanlara hücumların sayı rekord həddə çatıb.

2025-ci ildə Yaponiyada insanlara rekord sayda ayı hücumu və rekord sayda itki qeydə alınıb.

Məlumatda qeyd olunur ki, maliyyə ilinin əvvəlindən bəri ayı hücumlarında ən azı 10 nəfər ölüb. Bu, statistika tərtib edildikdən bəri ən yüksək rəqəmdir. Eyni dövrdə yaralananların sayı isə artıq 120-ni keçib.

Mütəxəssislərin fikrincə, bu cür hadisələrin artması heyvanların qidasının əsasını təşkil edən palıd qozalarının zəif məhsuldarlığı ilə əlaqədardır. Belə ki, yemək çatışmazlığı səbəbilə onlar insanların yaşadığı ərazilərə daha tez-tez çıxmağa başlayıblar.


SON XƏBƏRLƏR

27 Oktyabr 2025