• Bakı 16° C

    7.26 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.0247

Zelenski: Ukrayna İsraildən iki "Patriot" hava hücumundan müdafiə sistemi alacaq

DÜNYA

27 Sentyabr 2025 | 18:35

Zelenski: Ukrayna İsraildən iki Patriot hava hücumundan müdafiə sistemi alacaq

Ukrayna bu payızda İsraildən iki "Patriot" hava hücumundan müdafiə sistemi alacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə bildirib.

"İsrailin kompleksi Ukraynada bir aydır fəaliyyət göstərir. Biz bu payızda iki "Patriot" sistemi alacağıq", - Zelenski brifinqdə deyib.

Bundan əlavə, Zelenski Kiyevin Vaşinqtondan 90 milyard dollar dəyərində silah alınmasına dair ABŞ ilə mövcud razılaşmaya əlavə olaraq müəyyən növ, o cümlədən uzaqmənzilli silahlar üçün müqavilələr bağlamağa hazır olduğunu bildirib.


SON XƏBƏRLƏR

26 Sentyabr 2025