• Bakı 16° C

    6.9 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.1317

Belçika Ukraynaya dəstək verməkdən çəkinir? - AÇIQLAMA

DÜNYA

27 Oktyabr 2025 | 17:31

Belçika Ukraynaya dəstək verməkdən çəkinir? - AÇIQLAMA

Avropa İttifaqı Rusiya Mərkəzi Bankının 140 milyard avroluq dondurulmuş aktivlərinin Ukraynaya yardım məqsədilə istifadə edilməsi ilə bağlı qərarını dekabr ayına qədər təxirə salıb. Buna səbəb Rusiyanın dondurulmuş aktivlərinin əksəriyyətinin saxlandığı Belçikanın kreditlərlə bağlı risklərə görə məsuliyyət daşımayacağına dair zəmanət tələb etməsi olub.

Hesab etmək olarmı ki, Belçika Ukrayna münaqişəsində Kiyevə dəstək verən aktiv ölkələrdən biri olmaq istəmir və buna görə məlum tələbi irəli sürüb?

Mövzu ilə bağlı politoloq Kamran Məmmədli öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, Belçikanın bu addımını Ukraynaya dəstəyin zəifləməsi kimi qiymətləndirmək olmaz. Onun sözlərinə görə, burada əsas məsələ siyasi yox, daha çox maliyyə-hüquqi xarakter daşıyır:

“Belçika hökuməti və bir çox avropada söz sahibi olan maliyyə institutları Rusiya aktivlərinin istifadəsini çox ciddi hüquqi və reputasiya risklərinin yaranacağını düşünür. Bu aktivlərdən əldə olunacaq gəlirlərin Ukraynaya yönəldilməsi qərarı gələcəkdə Belçikanın və ya Avropa İttifaqının özünün investor kimi etibarlılığına zərbə vura bilər. Belçikanın zəmanət tələbi əslində siyasi məsafə saxlamaq yox, bu risklərin nəticəsində yarana biləcək hüquqi və maliyyə öhdəliklərdən sığortalanmaq məqsədi daşıyır".

Kamran Məmmədli: Burada əsas məsələ siyasi yox, daha çox maliyyə-hüquqi xarakter daşıyır

Politoloq qeyd edib ki, Belçika Ukraynaya həm maliyyə yardımı, həm də hərbi dəstək baxımından Aİ-nin ən aktiv üzvlərindən biridir. Bu baxımdan "Belçika Ukraynaya dəstək verməkdən çəkinir" iddiası doğru olmaz.

"Sadəcə bu məsələdə Belçika məsuliyyətin bölüşdürülməsini və qərarın kollektiv şəkildə qəbul edilməsini istəyir ki, gələcəkdə bütün yük təkcə onun üzərinə düşməsin", - deyə Kamran Məmmədli qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR