Avropa ölkələri Kiyevi maliyyələşdirmək üçün istifadə edilən dondurulmuş Rusiya aktivlərinə həbs qoyulması ilə bağlı razılığa gələ bilməyəcəyi təqdirdə 2026-cı ilin əvvəlində Ukraynanın maliyyə çöküşünün qarşısını almaq üçün təcili olaraq yeni plan hazırlayır.
Bakıvaxtı.az "Politico"ya istinadən xəbər verir ki, oktyabr sammitində Aİ liderləri Ukraynaya 140 milyard avroluq "təzminat krediti" vermək üçün Moskvanın dondurulmuş aktivlərindən istifadə təklifi ilə razılaşacaqlarına ümid edirdilər.
Nəşrin yazdığına görə, lakin bu ideya fondların yerləşdiyi Belçikanın baş naziri Bart de Veverin müqaviməti ilə qarşılaşıb. Belçikanın baş naziri Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı ciddi risklərdən narahatdır.
Aİ liderlərinin dekabr sammitində "təzminat krediti" təklifinin hazırlanmadığı halda Ukraynaya kömək üçün yeni təşəbbüslər arasında Ukrayna tərəfinə "körpü krediti"nin verilməsi də var.
Nəşr qeyd edir ki, belə bir planın hazırlanması yaxın günlərdə başa çatdırıla bilər. Bununla belə, uzunmüddətli perspektivdə Aİ "təzminat krediti"nə alternativin olmadığına inanır.
Gülşən Şərif
Bakı 



