• Bakı 12° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.9691

    RUB - 2.1563

Aİ Ukraynaya dəstək üçün yeni planlar hazırlayır

DÜNYA

26 Noyabr 2025 | 16:39

Aİ Ukraynaya dəstək üçün yeni planlar hazırlayır

Avropa ölkələri Kiyevi maliyyələşdirmək üçün istifadə edilən dondurulmuş Rusiya aktivlərinə həbs qoyulması ilə bağlı razılığa gələ bilməyəcəyi təqdirdə 2026-cı ilin əvvəlində Ukraynanın maliyyə çöküşünün qarşısını almaq üçün təcili olaraq yeni plan hazırlayır. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Politico" mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, oktyabr sammitində Avropa İttifaqı (Aİ) liderləri Ukraynaya 140 milyard avroluq "təzminat krediti" vermək üçün Moskvanın dondurulmuş aktivlərindən istifadə təklifi ilə razılaşacaqlarına ümid edirdilər. Lakin bu ideya fondların yerləşdiyi Belçikanın Baş naziri Bart de Veverin müqaviməti ilə qarşılaşıb. 

Nəşr əlavə edir ki, belə bir planın hazırlanması yaxın günlərdə başa çatdırıla bilər. Bununla belə, uzunmüddətli perspektivdə Aİ "təzminat krediti"nə alternativin olmadığına inanır.


SON XƏBƏRLƏR