• Bakı C

    5.82 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

Şimali Koreyada ilk nüvə sualtı qayığı – GÖRÜNTÜ YAYILDI

DÜNYA

26 Dekabr 2025 | 11:10

Şimali Koreyada ilk nüvə sualtı qayığı – GÖRÜNTÜ YAYILDI

 

Şimali Koreya dövlət xəbər agentliyi “KCNA” vasitəsilə ilk nüvə enerjisi ilə işləyən sualtı qayığının tikinti sahəsindən çəkilmiş kimi təqdim edilən fotoşəkilləri yayımlayıb.

Bakıvaxtı.az xəbər verir ki, “KCNA”nın yayımladığı görüntülərdə Şimali Koreya diktatoru nəhəng bir fabrikdə, məmurlarla əhatə olunmuş və əsgər sıralarının qarşısında dayanaraq 8700 tonluq sualtı qayıq kimi təqdim olunan gəmini yoxlayır. Həmçinin  onun qızı və potensial varisi Kim Cu-e də oradadır. “KCNA”nın məlumatına görə, Şimali Koreya lideri vurğulayıb ki, Şimali Koreya bir neçə hücum esminesi və nüvə sualtı qayığı inşa edir.

Belə bir sualtı qayığın inşa edilməsi Pxenyanın silahlarının modernləşdirilməsində böyük bir addım olardı. Xüsusilə də bu sualtı qayıqların Cənubi Koreya ilə yeni bir gərginliyin mərkəzində olduğunu nəzərə alsaq, doğru təsbitdir. Donald Trampın oktyabr ayında Cənubi Koreyada nüvə enerjisi ilə işləyən sualtı qayıqların inşası üçün yandırdığı “yaşıl işıq” Şimali Koreyanı qəzəbləndirib. Kim Çen In gəmiqayırma zavoduna səfəri zamanı söyləyib:

“Təhdidlər məni hərəkətə keçməyə məcbur edir. Gələcək Cənubi Koreya gəmilərindən fərqli olaraq, Şimali Koreyanın sualtı qayığı nəticədə nüvə başlıqlı raketlərlə təchiz oluna bilər”.

Qeyd edək ki, yalnız bir neçə ölkə - ABŞ, Rusiya, Çin, Fransa, Birləşmiş Krallıq və Hindistan- nüvə enerjisi ilə işləyən sualtı qayıqlara malikdir. Bu texnologiya ən həssas və ən yaxşı qorunan hərbi sirrlərdən biri hesab olunur. Ənənəvi enerji ilə işləyən sualtı qayıqlardan daha sürətli və səssiz olan bu gəmilər nəzəri olaraq bir neçə il su altında qala bilmək üstünlüyünə malikdirlər. Digər tərəfdən, adi sualtı qayıqlar mühərriklərinin işləməsi üçün lazım olan havanı götürmək üçün müntəzəm olaraq səthə çıxmalıdırlar.

Aydın Baxış


SON XƏBƏRLƏR