• Bakı 12° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.9691

    RUB - 2.1563

ANI: Netanyahu Hindistan səfərini təxirə salır

DÜNYA

26 Noyabr 2025 | 16:30

ANI: Netanyahu Hindistan səfərini təxirə salır

 İsrailin baş naziri Benyamin Netanyahu Cənubi Asiya respublikasının paytaxtında təhlükəsizlik vəziyyəti ilə əlaqədar dekabr ayına planlaşdırılan Hindistana rəsmi səfərini təxirə salıb. 

Bakıvaxtı.az "ANI"yə istinadən xəbər verir ki, İsrail baş nazirinin qərarına noyabrın 10-da Yeni Dehlidə intiharçının hücumu səbəb olub.

İsrail və Hindistan xarici işlər nazirlikləri hazırda Netanyahunun səfərinin yeni tarixi ilə bağlı razılığa gəliblər.

Qeyd edək ki, noyabrın 10-da Hindistanın paytaxtında tarixi Qırmızı Qala yaxınlığında minalanmış avtomobil partladılıb. Hadisə nəticəsində 13 nəfər həlak olub, 20-dən çox insan yaralanıb. 

Hindistan hökuməti avtomobilin partladılmasını terror aktı kimi qiymətləndirib.

Gülşən Şərif


SON XƏBƏRLƏR