• Bakı 16° C

    6.9 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.1317

Səkidə yıxılan qadına 7,5 milyon dollar verildi

DÜNYA

27 Oktyabr 2025 | 17:29

Səkidə yıxılan qadına 7,5 milyon dollar verildi

ABŞ-daə səkidə yıxılan qadına 7,5 milyon dollar mükafat verilib.

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, Kaliforniya müəllimi Castin Gurrola səkidə yıxıldıqdan sonra aldığı xəsarətlərə görə təzminat davası açdığı "Whittier" şəhərinə qarşı məhkəməni qazanıb. 

O, ağac köklərinin səbəb olduğu qeyri-bərabər bir səthə yıxıldığını iddia edib. Məhkəmə sənədlərinə görə, o, bilək, dirsək, burun, diz, boyun və kürək nahiyəsindən xəsarət alıb. Həkimlər ona yüngül beyin travması və bu günə qədər də davam edən xroniki ağrı diaqnozu qoyublar.

Məhkəmə bir neçə həftə davam edib, bundan sonra münsiflər heyəti yekdilliklə Whittier şəhərini hadisəyə görə tam məsuliyyətə cəlb edib. Qadının vəkili qeyd edib ki, şəhər rəsmiləri illərdir sakinlərin zədələnmiş səkilərlə bağlı şikayətlərinə məhəl qoymayıb, effektiv yoxlama və təmir protokollarını həyata keçirməyib


SON XƏBƏRLƏR