• Bakı 16° C

    6.9 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.1317

"Amazon" Hollandiyaya 1,4 milyard avro sərmayə qoyacaq

DÜNYA

27 Oktyabr 2025 | 17:52

Amazon Hollandiyaya 1,4 milyard avro sərmayə qoyacaq

"Amazon.com Inc" üç il ərzində (2025-2027) Hollandiyaya 1,4 milyard avro sərmayə qoymağı planlaşdırır.

Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, investisiya həm "Amazon Web Services" (AWS) bulud biznesini, həm də ölkədəki pərakəndə əməliyyatlarını dəstəkləyəcək.

 "Amazon" öz platformasında müştərilər və satıcılar üçün istifadəçi təcrübəsini yaxşılaşdırmaq, o cümlədən çatdırılma vaxtını azaltmaq və çatdırılmanı daha rahat etmək yolu ilə texnologiya və logistikaya sərmayə qoymağı planlaşdırır.

Şirkət qeyd edib ki, Hollandiyada investisiya planı 2020-ci ildən bəri ən böyük investisiya planıdır.

Qeyd edək ki, "Amazon" 2014-cü ildə Hollandiyada elektron kitab satışı ilə fəaliyyətə başlayıb. 2020-ci ildə şirkət öz qapılarını yerli bizneslərin üzünə açıb və "Amazon" tərəfdaşları hazırda "Amazon.nl"də satılan bütün məhsulların 60%-dən çoxunu təşkil edir. Şirkətdə 1000-dən çox işçi çalışır.

Gülşən Şərif


SON XƏBƏRLƏR