• Bakı 16° C

    6.9 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.1317

Böyük Britaniya şahzadəsi krallıq malikanəsini tərk etmək üçün şərtini açıqladı

DÜNYA

27 Oktyabr 2025 | 17:57

Böyük Britaniya şahzadəsi krallıq malikanəsini tərk etmək üçün şərtini açıqladı

Böyük Britaniya şahzadəsi Endryu krallıq malikanəsi Royal Locdan ona və keçmiş həyat yoldaşı Sara Ferqüsona iki ev veriləcəyi təqdirdə çıxmağa razılıq verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, şahzadə Endryu və həmçinin Royal Locda yaşayan Sara Ferqüson, onlara "Froqmor" və "Adelaida" kotecləri verildiyi təqdirdə çıxmağa razılaşıblar. Kraliça II Elizabetin oğlu onun keçmiş həyat yoldaşının şahzadə Uilyam və Keyt Middltonun hazırda yaşadığı evə köçməyini istəyir. Bildirilir ki, ər-arvad uşaqları ilə birlikdə noyabr ayında Forest Locdakı daha nüfuzlu rezidensiyaya köçəcəklər.

Bununla yanaşı, Böyük Britaniya Kralı III Çarlzın qərarı gizli saxlanılır.

"Sarayda hər şeyin necə olacağını hələ heç kim dəqiq bilmir", - deyə kral ailəsindən olan mənbə bildirib.


SON XƏBƏRLƏR