• Bakı 16° C

    4.98 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.0247

İran Rusiyaya torpaq VERDİ

DÜNYA

28 Sentyabr 2025 | 00:51

İran Rusiyaya torpaq VERDİ

İran hökuməti “Şimal–Cənub” nəqliyyat dəhlizinin tərkib hissəsi olan Rəşt–Astara dəmir yolunun tikintisi üçün Rusiyaya torpaq sahəsi ayırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın yollar və şəhərsalma naziri Fərzənə Sadek RIA Novosti agentliyinə açıqlama verib.

Məlumata görə, Rusiyaya verilən torpaq sahəsinin ümumi sahəsi təxminən 34 kvadrat kilometrdir. Torpaq alışı prosesinin 2026-cı ilin mart ayının üçüncü ongünlüyünədək başa çatdırılması planlaşdırılır.

“Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi (BND) 7,2 min kilometr uzunluğa malik çoxmodal marşrutdur. O, Sankt-Peterburqdan Hindistanın Mumbay limanınadək uzanaraq Baltik regionunu Rusiya və İran üzərindən Hindistanla birləşdirir. Dəhlizin illik yükaşırma gücü 20–30 milyon ton təşkil edir.

Bu marşrut Avropanı, Fars körfəzi ölkələrini və Hind okeanını birləşdirən ənənəvi Süveyş kanalı yoluna alternativ hesab olunur. Dəhliz üç istiqaməti əhatə edir:

Transxəzər marşrutu – Xəzər üzərindən dəmir yolları və limanların istifadəsi;

Qərb marşrutu – Azərbaycan ərazisindən keçərək Rusiya ilə İranı birləşdirir;

Şərq marşrutu – quru yolları vasitəsilə Asiyanı əhatə edir./modern.az


SON XƏBƏRLƏR

27 Sentyabr 2025