• Bakı 17° C

    8.04 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.1317

Rumıniya və Ukrayna hərbi əməkdaşlığın genişləndirilməsini müzakirə edib

DÜNYA

27 Oktyabr 2025 | 23:43

Rumıniya və Ukrayna hərbi əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Rumıniyanın müdafiə naziri İonuç Moştyanu və Ukraynanın müdafiə nazirinin birinci müavini Sergey Boev ikitərəfli hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

"Görüş zamanı nümayəndə heyətləri Rumıniyanın Ukraynaya göstərdiyi çoxtərəfli yardımın əsas aspektlərini nəzərdən keçirib və müdafiə sənayesində əməkdaşlığın genişləndirilməsi yollarını, birgə hərbi tədqiqat layihələrini, eləcə də təlim proqramlarını və iki ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əlaqəni müzakirə ediblər", - məlumatda qeyd olunub.

Bildirilib ki, tərəflər texniki və institusional səviyyələrdə əlaqələri intensivləşdirmək və müvafiq şirkətlər arasında birgə layihələri və tərəfdaşlığı stimullaşdırmaq məqsədilə vaxtaşırı ikitərəfli görüşlər keçirmək barədə razılığa gəliblər.


SON XƏBƏRLƏR

27 Oktyabr 2025