• Bakı 24° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Moskvada 370-dən çox miqrant saxlanıldı

DÜNYA

27 Oktyabr 2025 | 23:19 | Müəllif: Gülşən Şərif

Moskvada 370-dən çox miqrant saxlanıldı

Moskvada (Rusiya) miqrasiya qanunlarının tətbiqi üçün keçirilən reyd zamanı 370-dən çox şəxs saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Milli Qvardiyasının Moskva Baş İdarəsinin Mətbuat Xidməti məlumat yayıb.

"Rusiya Milli Qvardiyasının Moskva Baş İdarəsinin "Avanqard" xüsusi təyinatlı dəstəsinin üzvləri paytaxt yataqxanalarından birində miqrasiya qanunlarına riayət olunmasına nəzarət əməliyyatı zamanı Rusiya İstintaq Komitəsindəki həmkarlarına güclü dəstək veriblər. Əməliyyat zamanı 370-dən çox miqrant saxlanılıb", - deyə Mətbuat Xidməti bildirib.

Qeyd olunub ki, saxlanılanlar daxili işlər orqanlarına təhvil veriliblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026