Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkesir və ətraf ərazilərdə baş verən güclü zəlzələ ilə bağlı paylaşım edib.
Bakıvaxtı.az xəbər verir ki, Ərdoğanın sosial şəbəkə hesabındakı paylaşımında deyilir:
“Balıkəsirin Sındırqı rayonunda baş verən və ətraf əyalətlərdə hiss olunan zəlzələdən zərər çəkən vətəndaşlarımıza keçmiş olsun diləklərimi çatdırıram.
AFAD, sahə araşdırmaları və nəzarət tədbirlərini diqqətlə həyata keçirir. Vəziyyəti yaxından izləyirik. Allah ölkəmizi və millətimizi bütün fəlakətlərdən qorusun”.
Bakı 


