İranın xarici işlər naziri Abbas Əraqçi fransalı həmkarı Jan-Noel Barro ilə görüş keçirib.
Bakıvaxtı.az xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda iki ölkə arasında nüvə proqramı üzrə danışıqların bərpası imkanlarının müzakirə olunduğu bildirilir.
Görüş zamanı həmçinin əvvəllər casusluqda ittiham edilən iki Fransa vətəndaşı – Sesil Kuler və Jak Parisin vəziyyəti də diqqət mərkəzində olub. Bəyanata görə, Fransa onların Tehrandakı səfirlikdən tez bir zamanda geri qaytarılmasını tələb edib.
Barro söhbət zamanı İranı öhdəliklərinə əməl etməyə, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı davam etdirməyə və nüvə proqramı ilə bağlı danışıqlar masasına qayıtmağa çağırıb.
Bakı 



