Peru məhkəməsi keçmiş prezident Martin Viskarranı korrupsiya işi üzrə 14 il həbs cəzasına məhkum edib.
Bakıvaxtı.az xəbər verir ki, keçmiş prezident bir maddə üzrə səkkiz, digər maddə üzrə isə altı il həbs cəzası alıb.
"Cinayətlərin ümumi sayına əsasən, ümumi cəza 14 ildir. Cəza qüvvədə olmalı və dərhal icra olunmalıdır", - deyə hakim hökmü elan edərkən bildirib.
Viskarra özü məhkəmənin qərarını kəskin şəkildə tənqid edərək, bunu məhkəmə sistemi üçün rüsvayçılıq adlandırıb. Keçmiş prezident hökmdən sonra X-də yazıb:
"Mən mafiya sui-qəsdinə qarşı çıxdığım üçün məhkum edildim".
Müstəntiqlər iddia edirlər ki, Viskarra Mokequa departamentinin qubernatoru olduğu müddətdə (2011-2014) müxtəlif layihələr üçün tender təklif edən şirkətlərdən rüşvət alıb. O, ittihamları rədd edir.
Viskarra 2018-ci ilin mart ayında Pedro Pablo Kuçinskinin istefasından sonra prezidentlik vəzifəsini icra etməyə başlayıb. Lakin, 2020-ci ilin noyabr ayında Peru Konqresi Mokequadakı korrupsiya sxemlərində iştirakı ilə bağlı xəbərlər fonunda onu "mənəvi cəhətdən səriştəsiz" elan edərək vəzifəsindən kənarlaşdırmaq üçün səs verib.
Bakı 



