ABŞ prezidenti Donald Trampın mətbuat katibinin gəlinləri immiqrasiya rəsmiləri tərəfindən saxlanılıb.
Bakıvaxtı,aznxəbər verir ki, Kerolayn Levittin qardaşı arvadı Bruna Ferreyra Tramp administrasiyasının immiqrant əleyhinə kampaniyasının bir hissəsi olaraq saxlanılıb.
Qohumlarının sözlərinə görə, o, Nyu-Hempşirdəki evindən çıxarkən kobudcasına tutulub. Hazırda o deportasiya olunmağı gözləyir.
Ferreyra uşaq ikən ailəsi ilə birlikdə Braziliyadan ABŞ-yə 1999-cu ildə müddəti bitən turist vizası ilə köçüb. Lakin o, daha sonra ABŞ-də qalıb.
Ağ Ev bildirib ki, Ferreyra uzun illərdir Kerolayn Levittlə danışmır. Onun oğlu isə doğulduğu gündən Levittin qardaşında qalıb.
Bakı 



