• Bakı 16° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Çili senatoru: Bakıya səfərimin məqsədi ikitərəfli münasibətlərin möhkəmləndirilməsidir

SİYASƏT

27 Sentyabr 2025 | 17:24

Çili senatoru: Bakıya səfərimin məqsədi ikitərəfli münasibətlərin möhkəmləndirilməsidir

Çili Milli Konqresi Senatının İnsan Hüquqları Komitəsinin sədri, Azərbaycan-Çili parlamentlərarası dostluq qrupunun rəhbəri Fransisko Çauhan Azərbaycana səfəri zamanı Bakıda bir sıra məhsuldar görüşlər keçirdiyini qeyd edib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu bu barədə "X" hesabında yazıb.

"Azərbaycan və Çili arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məqsədilə Xarici İşlər və İqtisadiyyat nazirliklərində, Dövlət Neft Şirkətində, eləcə də Azərbaycan Prezidentinin müşavirləri ilə intensiv görüşlər keçirdim", - o qeyd edib.

 

 


SON XƏBƏRLƏR

11 Noyabr 2025