• Bakı 16° C

    4.98 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.0247

Onkoloji xəstələr üçün dərman TAPILMIR - VİDEO

CƏMİYYƏT

28 Sentyabr 2025 | 00:45

Onkoloji xəstələr üçün dərman TAPILMIR - VİDEO

4-cü dərəcəli onkoloji xəstələr üçün ağrıkəsici dərman tapılmır.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı xəstəlikdən əziyyət çəkən qadının həyat yoldaşı Mahmud Məmmədov "Xəzər Xəbər"ə müraciət edib. O iddia edir ki, həyat yoldaşı üçün dövlət tərəfindən verilən ağrıkəsici dərmanları 20 gündür ki, əldə edə bilmirlər.

Mahmud Məmmədov deyir ki, dərman preparatını əldə etmək üçün yaşadığı ərazi üzrə Binə qəsəbə poliklinikasına müraciət edib. Lakin ona sözügedən ağrıkəsicilərin onlarda mövcud olmadığı bildirilib. Nə vaxt gələcəyi ilə bağlı isə məlumat verilməyib.

Vətəndaşın şikayəti ilə əlaqədar TƏBİB-ə müraciət edilib. Qurumdan bildirilib ki, məsələ araşdırılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 


SON XƏBƏRLƏR

27 Sentyabr 2025