• Bakı 17° C

    7 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.1317

Bakıda evdən 15 min manatdan çox pul oğurlandı

CƏMİYYƏT

27 Oktyabr 2025 | 19:46

Bakıda evdən 15 min manatdan çox pul oğurlandı

Bakıda evdən oğurluq olub.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 26-da Xətai rayonunda yerləşən evlərin birində15 min 500 manat talandığını məlum olub. Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı B.Babayev müəyyən olunaraq saxlanılıb.

Nəsimi rayonunda isə bir nəfərə məxsus "Hyundai" markalı avtomobilin ehtiyat hissəsini oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 43 yaşlı A.Tağıyev saxlanılıb.

Araşdırma aparılır.


SON XƏBƏRLƏR