Yasamal rayonunda çoxmənzilli yaşayış binasında baş verən yanğın nəticəsində zəhərlənərək ağır vəziyyətdə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən ana - 1990-cı il təvəllüdlü Rəna Vüqar qızı Qəmbərova və azyaşlı övladı - 2015-ci il təvəllüdlü Leyli Əli qızı Qəmbərlinin müalicə xərclərini "Nargis" Fondu öz üzərinə götürüb.
Bakıvaxtı.azxəbər verir ki, zərərçəkmiş ailə Fondun göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Ailə göstərilən diqqət və qayğının onlar üçün böyük mənəvi dayaq olduğunu qeyd edib. Ailə nümayəndələri Fondun operativ reaksiyasını, tibbi təminatın tam şəkildə ödənilməsini və onlara göstərilən humanist yanaşmanı yüksək qiymətləndirib.
Bakı 



