• Bakı 12° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.9691

    RUB - 2.1563

Qarabağa qayıdanlara ikiqat çörəkpulu veriləcək? - RƏSMİ CAVAB

CƏMİYYƏT

26 Noyabr 2025 | 17:11

Qarabağa qayıdanlara ikiqat çörəkpulu veriləcək? - RƏSMİ CAVAB

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi azad olunmuş ərazilərə qayıdan məcburi köçkünlərə ikiqat çörəkpulu verilməsi məsələsinə münasibət bildirib.

Bakıvaxtı.az-ın xəbərinə görə, Dövlət Komitəsinin mətbuat xidmətindən APA-nın sorğusuna cavabında bildirilib ki, keçmiş məcburi köçkünlərə ödənilən vahid aylıq müavinətin məbləği fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan və olmayan sıx müvəqqəti məskunlaşma yerlərindən asılı olaraq 33, yaxud 60 manat təşkil edir.

"Fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda faktiki yaşayan məcburi köçkünlərin istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqlar müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilir. Bu halda keçmiş məcburi köçkünlər üçün vahid aylıq müavinətin məbləği 33 manat təşkil edir.

Hazırda fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrində yaşayan, eləcə də sonradan bu tip yaşayış sahələrinə köçürülənlər (bu köçürülmə işğaldan azad edilmiş ərazilərə olur) üçün bu məbləğ 60 manat təşkil edir.

Qeyd edək ki, bu məsələ, "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi qaydası" Azərbaycan Respublikası Prezidentinin Fərmanına və ona edilən dəyişikliklər əsasında tənzimlənir", - cavabda vurğulanıb.

Qeyd edilib ki, sosial şəbəkələrdə azad edilmiş ərazilərə köçən məcburi köçkünlər onlara 3 il müddətinə ikiqat çörəkpulu verilməsi ilə bağlı məlumat paylaşıb.


SON XƏBƏRLƏR