ABŞ Prezident Donald Trampın Qrenlandiya məsələsini həll etmək üçün "istəsələr də, istəməsələr də bir şey edəcəkləri" barədə xəbərdarlıq etməsindən sonra Danimarkanın suverenliyinə aid olan adanın siyasətçilər bildiriblər ki, Qrenlandiya sakinləri "amerikalı olmaq istəmirlər" və adanın gələcəyinə özləri qərar verməlidirlər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.
Belə ki, Qrenlandiya parlamentindəki beş siyasi partiyanın liderləri cümə axşamı ABŞ prezidentinin minerallarla zəngin adanı əldə etmək təhdidlərini təkrarlamasından sonra birgə bəyanat yayıblar.
Adanın Baş naziri Yens-Fridrix Nilsenin də daxil olduğu qrup bəyan edib: "Biz amerikalı olmaq istəmirik, danimarkalı olmaq istəmirik, qrenlandiyalı olmaq istəyirik. Qrenlandiyanın gələcəyini qrenlandiyalılar müəyyən etməlidir".
Bakı 




