• Bakı C

    11.42 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Ukrayna yenidən Rusiyanın neft anbarlarına zərbələr endirdi

DÜNYA

10 Yanvar 2026 | 19:23

Ukrayna yenidən Rusiyanın neft anbarlarına zərbələr endirdi

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Volqoqrad vilayətindəki neft anbarına zərbələr endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının teleqram kanalında məlumat verilib.

Bildirilib ki, yanvarın 9-dan 10-na keçən gecə Ukrayna ordusu Volqoqraddakı “Jutovskaya” neft anbarına zərbə endirib.

Məlumatda işğal olunmuş Zaporojye bölgəsində Rusiya ordusunun 19-cu Motoatıcı Diviziyasının bölməsinə məxsus dron anbarına və Donetsk vilayətinin Pokrovsk rayonunun yaxınlığındakı dronları idarəetmə məntəqəsinə də zərbələr endirildiyi vurğulanır.


SON XƏBƏRLƏR

10 Yanvar 2026