Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan münaqişənin kəskinləşməsinin qarşısını almaq üçün İranla bağlı Yaxın Şərq liderləri ilə aktiv telefon diplomatiyası aparır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “RİA Novosti” Türkiyədəki diplomatik mənbəyə istinadla məlumat yayıb.
“Cənab prezident ənənəvi telefon diplomatiyasından istifadə edərək münaqişənin kəskinləşməsinin qarşısını almaq üçün region liderləri ilə əlaqə saxlayır. Ankara İran ətrafında baş verən hadisələri yaxından izləyir və gərginliyin azaldılması üçün əsas vasitə kimi dialoqun davam etdirilməsini müdafiə edir. Türkiyə Prezidenti yaxın gələcəkdə gərginliyin azaldılması səyləri çərçivəsində regiondakı ayrı-ayrı ölkələrə səfərlərini davam etdirəcək”, - o bildirib./Axar.az
Bakı 




