"Suriya Demokratik Qüvvələri" (SDQ) tərəfindən yanvarın 6-dan indiyədək Hələbə qarşı həyata keçirilən artilleriya hücumları nəticəsində həlak olan dinc sakinlərin sayı 23 nəfərə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə SANA agentliyi həkimlərə istinadla xəbər verib.
Qeyd olunur ki, hücumlar zamanı azı 104 nəfər xəsarət alıb. Agentliyin məlumatına əsasən, yaralıların əksəriyyəti qadınlar və uşaqlardır, onların bir çoxunun vəziyyəti kritikdir.
Daha əvvəl 9 nəfərin həlak olduğu və 55 nəfərin yaralandığı bildirilmişdi.
Bakı 




