• Bakı C

    11.42 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Pakistan və ABŞ terrorizmə qarşı təlimlərə başladı 

DÜNYA

10 Yanvar 2026 | 18:28

Pakistan və ABŞ terrorizmə qarşı təlimlərə başladı 

Pakistan və ABŞ Silahlı Qüvvələrinin bölmələri "Inspired Gambit 2026" birgə antiterror təlimlərinə başlayıblar. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Xidmətlərarası İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat verib.

Qeyd edilib ki, iki həftəlik təlimlər Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətinin Pabbi şəhərindəki Milli Terrorla Mübarizə Mərkəzində keçirilir.

Təlimin məqsədi iki ölkənin Silahlı Qüvvələrinin qarşılıqlı fəaliyyətini gücləndirmək və terrorizmə qarşı əməliyyatlarda təcrübə mübadiləsi aparmaqdır. Xüsusilə sıx şəhər mühitində döyüş bacarıqlarının tətbiqinə diqqət yetiriləcək. 


SON XƏBƏRLƏR

10 Yanvar 2026