"Dəməşq Suriya Demokratik Qüvvələrinin (SDQ) Hələbdəki hökumət binalarına və yaşayış məntəqələrinə pilotsuz uçuş aparatları (PUA) ilə hücumlarını qətiyyətlə pisləyir və bu eskalasiyanı terror aktı hesab edir".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Suriya keçid hökumətinin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
Qeyd edilib ki, Suriya Xarici İşlər Nazirliyi hücumu mülki əhalinin həyatını təhdid edən və bütün təhlükəsizlik razılaşmalarını qulaqardına vuran kobud terror aktı hesab edir: "Bu da dövlətin sabitliyi bərpa etmək və Şeyx Məsud və Əşrəfiyyə ərazilərində qanun və qaydanı gücləndirmək üçün tədbirlər görməsinin zəruriliyini təsdiqləyir".
Bakı 




