• Bakı C

    8.22 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

İran hərbçilərindən əhaliyə ÇAĞIRIŞ: Ayıq-sayıq olun 

DÜNYA

10 Yanvar 2026 | 14:00

İran hərbçilərindən əhaliyə ÇAĞIRIŞ: Ayıq-sayıq olun 

İran İslam Respublikası ordusu strateji infrastrukturu və dövlət əmlakını iğtişaşçılardan güc tətbiq etməklə müdafiə etməyə hazır olduğunu açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran ordusunun mətbuat xidməti məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, cinayətkarlar və terrorçu qrupların dəstəyi ilə şəhərlərdə asayişi və sülhü pozmağa, ölkənin ictimai təhlükəsizliyinə xələl gətirməyə cəhd göstərilir:

"12 günlük müharibədə əlləri bu millətin övladlarının qanı ilə ləkələnmiş düşmən İran xalqını dəstəkləmək kimi yalan bəhanə ilə yeni üsyan qaldırmağa çalışır. Silahlı qüvvələr düşmənin regiondakı fəaliyyətlərini izləməklə yanaşı, milli maraqları, ölkənin strateji infrastrukturunu və dövlət əmlakını qətiyyətlə qoruyacaq. İran xalqını ayıq-sayıq olmağa, birləşərək düşmənin planlarını puça çıxarmağa və milli müdrikliyi qorumağa çağırırıq"./Teleqraf 


SON XƏBƏRLƏR

10 Yanvar 2026