İranda İslahat Cəbhəsinin rəhbəri Azər Mansuri saxlanılıb.
Bakıvaxtı.az İran mətbuatına istinadla xəbər verir ki, o, İnqilab Keşikçiləri Korpusu tərəfindən konstitusiyaya zidd davranış və düşmən təbliğatı ilə əlaqələndirmə ilə bağlı ittiham edilib.
Mansuri ilə yanaşı Siyasi Komitə sədri İbrahim Əsgərzadə və təşkilat üzvü Möhsün Eminzadə də həbs olunub.
İslahat Cəbhəsi sosial mediada yaydığı açıqlama ilə həbs qərarını təsdiqləyib.
Qeyd edək ki, Azər Mansuri bu vəzifəyə keçmiş lider Behzad Nəbəvinin istefasından sonra gətirilmişdi.
Əli Hüseynov
Bakı 



