• Bakı C

    2.96 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.2154

Rusiya ordusu Ukraynada son sutkada 1250 hərbçi itirib

DÜNYA

09 Fevral 2026 | 10:15

Rusiya ordusu Ukraynada son sutkada 1250 hərbçi itirib

Rusiya ordusu Ukraynaya qarşı müharibədə son sutka ərzində 1250 hərbçi itirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.

Bildirilib ki, 24 fevral 2022-dən 9 fevral 2026-ya qədər Rusiya tərəfinin ümumi şəxsi heyət itkisi 1 milyon 247 min nəfəri ötüb.

Məlumata görə, Rusiyanın hərbi texnika itkilərinə 11 min 654 tank, 24 min 013 zirehli döyüş maşını və 37 min 056 artilleriya sistemi də daxildir.

Bildirilib ki, təkcə son bir gündə Rusiya 413 PUA və 113 nəqliyyat vasitəsi olmaqla onlarla texnikasını da itirib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

08 Fevral 2026