• Bakı C

    5.65 m/s

  • USD - 1.7

    EUR - 1.974

    RUB - 2.1677

Səudiyyə Ərəbistanı 7 ballistik raketi MƏHV EDİB

DÜNYA

11 Mart 2026 | 07:37

Səudiyyə Ərəbistanı 7 ballistik raketi MƏHV EDİB

Səudiyyə Ərəbistanı bu gün səhər saatlarında İranın atdığı yeddi ballistik raketi zərərsizləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, İran Ər-Riyad yaxınlığındakı Amerika qoşunlarının yerləşdiyi “Şahzadə Sultan” hava bazasını hədəf alıb.

Bildirilir ki, ölkənin şərqini hədəf alan bir raket və “Şahzadə Sultan” bazasına atılan altı ballistik raket zərərsizləşdirilib.

Nazirlik əlavə edib ki, “Şahzadə Sultan” bazasının yerləşdiyi Əl-Xərc ərazisində beş, Küveyt sərhədi yaxınlığındakı Hafar Əl-Batin ərazisində isə iki dron zərərsizləşdirilib.

Aydın Baxış


SON XƏBƏRLƏR

10 Mart 2026