ABŞ Prezidenti Donald Tramp, ABŞ Xəzinədarlıq Departamentinin hesablarında saxlanılan Venesuela neftinin satışından əldə edilən gəlirləri məhkəmə iddialarından qoruyan bir sərəncam imzalayıb.
Bakıvaxtı.az xəbər verir ki, sənəd Ağ Ev tərəfindən açıqlanıb.
Vurğulanır ki, neft satışından əldə edilən gəlirlər "Venesuela hökumətinin suveren mülkiyyəti olub, ABŞ-də saxlanılır".
Sərəncam bu aktivlərə qarşı hər hansı bir həbs qərarını, sərəncamı, girov, müsadirəni və ya digər məhkəmə proseslərini etibarsız edir.
Fərmanda həmçinin vurğulanır ki, bu vəsaitlərin ödənişləri və köçürmələri ABŞ Dövlət Katibinin təlimatlarına uyğun olaraq Xəzinədarlıq Departamenti tərəfindən həyata keçirilməlidir.
Bakı 




